“Azərbaycanda seysmoloji xəritə yoxdur”
01 aprel 2011 11:40 (UTC +04:00)

“Azərbaycanda seysmoloji xəritə yoxdur”

Lent.az-ın məlumatına görə, bu barədə Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, hazırda seysmoloji xəritələrin hazırlanması istiqamətində iş aparılır. Əsas məqsəd isə zəlzələ zamanı dəyə biləcək ziyanın miqdarının maksimum azaldılmasıdır.

F.Qədirov onu da qeyd edib ki, zəlzələlərin ssenarisi və geogərginliyin toplandığı ərazinin müəyyənləşməsi indi geoloqlar qarşısında duran ən vacib məsələdir. Onun sözlərinə görə hazırda müvafiq təşkilatlarla birgə seysmoloji xəritələrin hazırlanması və digər məsələlərin həlli istiqamətində ciddi müzakirələr aparılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar