Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olub
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlət başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sisteminin qurulacağı qeyd olunub, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi vurğulanıb. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Dövlət başçısının tapşırığına əsasən I Zabrat qəsəbəsi ilə II Zabrat qəsəbəsi arasında 12 min sakinin yaşadığı yeni sahədə də müasir məktəb binası inşa ediləcək.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində görülən işlərlə də yaxından tanış olub. 5500 sakinin yaşadığı bu kənddə də dövlət başçısının tapşırıqlarına əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə artıq torpaq sahəsi ayrılıb. Bülbülə kəndində məhəlləarası yolların əsaslı təmirinə də başlanılıb. Burada 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü döşənib, yolun 45 min kvadratmetr hissəsində isə asfalt işləri qısa vaxt ərzində başa çatdırılacaq. Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı Bülbülə kəndinin sakinləri ilə görüşüb.
Abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edən sakinlər Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun bərpa olunmasını da dövlət başçısından xahiş ediblər.
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün buraya gəlib. Dövlət başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlarını verib. Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev prospekti ilə “Atəşgah” məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb.
Daha sonra Prezident İlham Əliyev “Atəşgah” məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olub. Aparılan arxeoloji qazıntılar barədə dövlət başçısına məlumat verilib.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

1183