Səlim Müslümov İsveçrəyə gedib
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov dünən İsveçrəyə səfərə yola düşüb.
Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, aprelin 1-dək davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək iclasında iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarə edilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin 4 əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturunun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.
Səfər çərçivəsində BSTA-nın Baş Katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin 2011-ci ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Elxan SALAHOV

639