Bakı məktəblərində monitorinq aparılacaq
Bakı Şəhər Təhsil İdarəsi paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün monitorinq aparacaq. Mayın əvvəlində başlayacaq monitorinqlər Bakının bütün ümumtəhsil məktəblərini əhatə edəcək.
Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, monitorinq üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu şagirdlərin təhsilin bir pilləsindən digərinə keçməsidir. İdarədə bildirirlər ki, monitorinq aparılan V sinif şagirdlərinin bilik səviyyəsi ötən il qiymətləndirilmişdi. İndi bu şagirdlərin V sinifdəki müvəffəqiyyətləri yoxlanılacaq.
Monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq və həmin təkliflər həm zəif oxuyan uşaqların, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişaf etdirilməsi ilə bağlı olacaq.
Elxan SALAHOV

645