Bakıda qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb
28 mart 2011 12:11 (UTC +04:00)

Bakıda qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

Bu barədə APA-ya nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. Onun sözlərinə görə, adsız fəaliyyət göstərən bu bağça ilə bağlı müvafiq tədbirin görülməsi üçün artıq Vergilər Nazirliyinə məlumat verilib. H. Zərbəliyev qanunsuz işlədiyi üçün bu bağçanın fəaliyyətinin dayandırılmalı olduğunu da söyləyib. Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi bu bağçaya kiçik yaşlıların hansı səviyyədə cəlbi ilə bağlı məlumat toplaya bilməyib: “Biz o bağçaya gedəndə qapını açmadılar. Amma biz Vergilər Nazirliyinə müraciət etmişik. Yəqin ki, yaxın günlərdə Vergilər Nazirliyindən müraciətimizə cavab gələcək”.


Qeyd edək ki, ötən il Azərbaycanda 9 uşaq bağçasına lisenziya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar