Bəşəriyyətin susuzluq təhlükəsi
22 mart 2011 15:10 (UTC +04:00)

Bəşəriyyətin susuzluq təhlükəsi

BMT-nın baş katibi Ban Ki Munun Ümumdünya Su Günü münasibətilə müraciəti yayılıb. Lent.az-ın xəbərinə görə, bəşəriyyət üçün ekoloji cəhətdən davamlı bir gələcək zəruri olduğundan su, qida və enerji mənbələri arasındakı mühüm qarşılıqlı təsir üzləşdiyimiz ən qorxulu çətinliklərdən biridir: “ Su olmasa dəyərləri qorumaq və yoxsulluqdan qurtulmaq mümkün deyil. Bununla belə, bir çox ölkələr Minilliyin İnkişaf Məqsədləri çərçivəsində məhz su və sanitariya sahələrində qoyulan məsələlərin həllində nəzərəçarpacaq dərəcədə geri qalırlar.

Təxminən bir nəsildən sonra dünya əhalisinin 60 faizi şəhərlərdə yaşayacaq və bu artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdəki şəhər ətrafı xarabalıqlar və gecəqonduların hesabına baş verəcək. Ümumdünya Su Gününün bu ilki mövzusu – “Şəhərlərə Su”— diqqəti artan urbanizasiyanın gələcəkdə səbəb ola biləcəyi əsas çətinliklərə yönəldir.

Urbanizasiya sudan daha səmərəli istifadə, daha təkmilləşmiş içməli su və sanitariya imkanları əldə etmək üçün şərait yaradır. Eyni zamanda şəhərlərdə bu problemlər çox vaxt daha sürətlə yayılır və hazırda, bu problemləri həll etmək üçün bacarıqlarımız bəs etmir.

Keçən onillik ərzində evlərində və ya evlərinin yaxınlığında su kranı olmayan şəhər sakinlərinin sayı 114 milyona və sanitariya sahəsində həyat üçün zəruri əsas xidmətlərdən istifadə imkanı olmayanların sayı isə 134 milyona çatıb. Bu 20 faizlik artım insanların sağlamlığına və iqtisadi inkişafa böyük zərər verib. Belə ki, insanlar sağlamlıqlarını itirib, iş qabiliyyətlərindən məhrum olublar.

Su ilə bağlı problemlərə sudan istifadə imkanından əlavə, başqa məsələlər də daxildir. Bir çox ölkələrdə qızlar antisanitariya şəraitində olan məktəblərini atmağa məcbur edilir və qadınlar su daşıyarkən və ya ictimai ayaq yollarından istifadə edərkən təqib və hücumlara məruz qalırlar. Bundan əlavə, çox vaxt cəmiyyətin ən yoxsul və zəif nümayəndələrinin suyu şəhər su borusu ilə evlərinə gələn zəngin qonşularından fərqli olaraq qeyri-formal satıcılardan təxminən 20 və ya 100 faiz daha baha almaqdan başqa seçimləri olmur. Bu hal nəinki yolverilmez, eyni zamanda qəbuledilməzdir.

BMT-nin 2012-ci ilə Rio-de Janeyroda keçiriləcək Davamlı İnkişafa həsr edilmiş “Rio + 20” adlı növbəti konfransında su problemlərinə geniş yer veriləcək.

Mənim tərəfimdən yaradılmış Qlobal Davamlılıq üzrə yüksək səviyyəli Panel və BMT-Su Resursları yoxsulluğu və bərabərsizliyi azaltmaq, iş yerlərinin sayını artırmaq, iqlim dəyişiklikləri və ətraf mühitlə bağlı gərginliklərin yaratdığı riskləri minimuma endirmək məqsədi ilə su, energetika və qida təhlükəsizliyi arasındakı əlaqələrdə çatışmazlıqları aradan qaldırmaq üçün bir çox yolları təcrübədən keçirir.

Ümumdünya Su Günündə mən hökumətləri şəhərlərdə su böhranın əsas səbəbinin su resurslarının azlığı deyil, idarəetmə böhranı, zəif siyasət və uğursuz idarəçilik olduğunu qəbul etməyə çağırıram. Gəlin, su və sanitariya sahəsində adambaşına düşən sərmayənin həcminin azalması ilə bağlı vəziyyəti dəyişməyi öz öhdəmizə götürək. Gəlin, su ehtiyatları bol olduğu halda, hələ də, ləyaqətli və sağlam yaşamaqları üçün zəruri olan təmiz su və sanitariya sistemindən yaralana bilməyən 800 milyon insanın yaşadığı çətinliklərə son qoymağa dair öz öhdəliyimizi bir daha təsdiqləyək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar