Qubada Qarabağ əlillərinə fərdi yaşayış evləri verilib
18 mart 2011 17:45 (UTC +04:00)

Qubada Qarabağ əlillərinə fərdi yaşayış evləri verilib

Martın 18-də Quba rayonunda iki Qarabağ əlilinə fərdi yaşayış evi verilib. Quba rayonunun İsnovqışlaq kənd sakini, II qrup Qarabağ əlili Habil Qazıyevə və Qaraçay kənd sakini, II qrup Qarabağ əlili Hatəm Eldarova fərdi yaşayış evləri təhvil verilib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, evlərin hər birinin sahəsi 82 kvadrat metrdir.

Mərasimdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi bildirib ki, rayonun II Nügədi, Amsar və Zərdabi kəndlərində fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda həmin evlərdə Qarabağ əlillərinin istifadəsinə veriləcək.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar