ETSN: Geotermal su mənbələrindən istifadə edin
Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə imkanlarının artırılması istiqamətində dövlət orqanları tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə müvafiq torpaq sahəsinin ayrılması səlahiyyəti Nazirlər Kabineti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli İcra Hakimiyyətlərinə aiddir və müvafiq sərəncamlar vermək onların hüququdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaqayırma prosesində iştirak etmir, yalnız bu qurumlar sərəncam verərkən lazım olan halda rəy verir.
Qeyd edək ki, nazirlik yeniləşən enerjiyə daim yaşıl işıq yandırır, daxil olmuş müraciətlərə baxaraq, əsasən müsbət rəy verir. Düzdür, qanunla müəyyənləşmiş hallarda insanların məskunlaşdığı yerlər, ərazidəki fauna və floranın mühafizəsi və s. amillər nəzərə alınır.
2011-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan rayonu ərazisində alternativ enerji mənbəyindən istifadə ilə bağlı torpaqayırma sənədlərinə müsbət rəy verilib. Şahdağda yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin və Pirallahı adasında yerləşən hidrometeoroloji stansiyanın enerji tələbatı alternativ enerji ilə təmin olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən alternativ enerji mənbələrindən istifadənin əhali arasında təbliğ olunması məqsədilə respublikanın dağ kəndlərində pilot layihə çərçivəsində bir neçə bioqaz qurğusu quraşdırılıb və kənd ailələrinin istifadəsinə verilib. Hazırda Şamaxı rayonu Avaxıl kənd orta məktəbini istilik sistemi ilə təmin etmək məqsədilə bioqaz qurğusunun istifadəyə verilməsi üzrə son tamamlama işləri görülür.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətləri çərçivəsində bir sıra tədbirlər həyata keçirib.
Alternativ enerji imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə çayların sel xəritəsi tərtib olunub, “Abşeron yarımadasında lokal çirkab su təmizləyici qurğuların külək enerjisindən istifadə etməklə işlədilməsi”, “Azərbaycan Respublikasının regionlarında içməli su təmizləyici qurğuların günəş enerjisindən istifadə etməklə işlədilməsi”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binalarının alternativ enerji ilə təminatı” ilə bağlı layihə təklifləri hazırlanıb. Xudat rayonunun ictimai binalarının geotermal su mənbələrinin enerjisindən istifadə etməklə qızdırılması, o cümlədən, Danimarkanın Ətraf Mühit Nazirliyi ilə birgə Sumqayıt və Gəncə şəhərlərinin məişət tullantılarından bioqaz alınaraq kiçik elektrik stansiyalarının qurulması üzrə layihələr hazırlanıb.
Geotermal su mənbələri və onların potensialı barədə məlumatlar geotermal su mənbələrindən istifadə üzrə xəritənin hazırlanması məqsədilə aidiyyəti orqana təqdim edilib. Hazırda geotermal suların istilik enerjisindən səmərəli istifadə edilməsi üçün istilik sistemlərində aşağı istilik keçiriciliyinə malik plastik boruların tətbiqi ilə bağlı məlumatlandırma sistemi hazırlanır.

824