Mart ayının pensiyası Novruz bayramınadək veriləcək
17 mart 2011 15:47 (UTC +04:00)

Mart ayının pensiyası Novruz bayramınadək veriləcək

Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımi vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər.

E.Babayev deyib ki, adətən, ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir. Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar