“Yas mərasimləri və əyintilər"
APA-nın məlumatına görə, tədbirə aparıcılıq edən “Bakı-Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva bildirib ki, təxmini hesablama bir insanın vəfatının yaxınlarına ən azı 25-30 min manata başa gəldiyini göstərir. “Qadın Konsensus” Mərkəzinin rəhbəri Aynur Camalqızı (Quliyeva) mövzunun Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli və vacib olduğunu söyləyib: “Əyalətdə vəziyyət bir az başqadır, xərc şəhərdəki kimi böyük deyil. Amma Bakı kimi böyük şəhərlərdə heç kəsə sirr deyil ki, insanlar dünyasını dəyişmiş yaxınını dəfn etmək üçün mütləq gedib qəbristanlıqdan yer almalıdır. Hətta ailə üzvünü, yaxınını itirmiş bəzi insanlar yas mərasimlərindən sonra çox böyük məbləğdə borca düşür. Sonra o borcu qaytarmaqdan ötrü əziyyət çəkir”.
Fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, yas mərasimlərinin indiki xoşagəlməz ənənələrlə keçirilməsi SSRİ dövründən miras qalıb: “Şəhərin bəzi qəbristanlıqlarında məzar yeri almaq mənzil, avtomobil almaqdan bahadır. Əvvəllər bu problem elə də ciddi olmasa da, bu gün çox qabarıq şəkildə özünü göstərir”.
Dinşünas Hacı Nizami Rza çıxışında bəyan edib ki, bütün qeyd edilən problemlər “əldəqayırma” mollalar və din sahəsinə rəhbərlik edyən qurumlar tərəfindən yaradılır. Onun sözlərinə görə, ölünün yuyulmasına görə pul alınması və qəbir yerinin pulla satılması islam dininin tələbinə ziddir. Hacı Nizami deyib ki, bir qrup işbaz əlbir olaraq Azərbaycanda yas mərasimlərinin təşkilini, keçirilməsini qanunsuz biznesə çevirib: “Ölü yiyəsi bilmir ki, əzizinin yuyulub qüsul edilməsi, kəfənlənməsi, onun üçün qəbir yeri müəyyən edilməsi və s. məsələlərlə məşğul olsun, yoxsa 2-3 gündən sonra qapısına tökülən camaata ehsan verməklə məşğul olsun. Çadırların, ərzaq məhsullarının qiymətləri od bahasınadır. İndi həm “VİP çadır”lar, həm də “VİP mollalar” var. Bu adı özləri özləri qoyub”.
Şair-publisist Vahid Əziz isə bildirib ki, qeyd olunan problemlər hər kəsə bəllidir. Onun sözlərinə görə, əvvəlcə bu problemin səbəbləri öyrənilməli və aradan qaldırılması yolları axtarılıb tapılmalıdır.

1321