1,5 milyon sığortaolunanla müqavilə bağlanıb
16 mart 2011 12:04 (UTC +04:00)

1,5 milyon sığortaolunanla müqavilə bağlanıb

2010-cu ildə Azərbaycanda sığorta şirkətləri ilə sığortaolunanlar arasında 1 milyon 51 min 816 müqavilə bağlanıb.

Lent.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidmətinin rəis əvəzi Namiq Xəlilov “Azərbaycanda sığorta bazarı: problemlər və perspektivlər” mövzusunda keçirilən konfransda belə deyib. Onun sözlərinə görə, ötən il ölkədə 100 min 792 sığorta hadisəsi baş verib və həmin hadisələrdən zərər çəkən sığortaolunanlara 155 milyon 586 min 415 manat sığortahaqqı ödənilib.

Namiq Xəlilov onu da bildirib ki, Azərbaycanda sığortaolunanlar arasında daşınmaz əmlakını risklərdən qorumaq istəyənlərin sayı daha çoxdur. Belə ki, 2010-cu ildə sığortaolunanlarla bağlanmış müqavilələrin 103 min 868-i təkcə əmlakın yanğından və digər risklərdən qorunması qorunması barədədir. İkinci yeri isə avtonəqliyyat vasitələrinin sığortası tutur.

Maliyyə Nazirliyinin rəsmisi deyib ki, ötən il məhz avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə şirkətlərlə sığortaolunanlar arasında 48 min 937 müqavilə bağlanıb. Onun sözlərinə görə, son illər Azərbaycanda yüklərin sığortalanmasına da maraq artmağa başlayıb və 2010-cu ildə belə müqavilələrin sayı 60 minə yaxınlaşıb.

Dövlət Sığorta Xidmətinin rəis əvəzi bildirib ki, ötən il Azərbaycanda bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği 148 manat təşkil edib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi isə 534 manat olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar