Vergi Ödəyicilərinin Uçotu İdarəsi yaradılıb
Vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının fəaliyyətində müasir standartların və texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Vergilər Departamentində Vergi Ödəyicilərinin Uçotu İdarəsi yaradılıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, uçot, koordinasiya və uçotun təşkili şöbələrini əhatə edən yeni idarə Bakı şəhərinin 11 rayonu üzrə vergi ödəyicilərinə müxtəlif xidmətlər göstərir.
Departamentin Vergi Ödəyicilərinin Uçotu İdarəsi qeyri-kommersiya qurumlarının, hüquqi şəxslərin filiallarının (bölmələrinin), fiziki şəxslərin vergi ödəyicisi kimi uçota alınması və uçotdan çıxarılması, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına aid olmayan vergi uçotu məlumatlarında dəyişikliklərin aparılması, bank idarəsində hesab açılması məqsədilə şəhadətnamə-dublikatın verilməsi, əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmalı şəxslərin uçota alınması və uçotdan çıxarılması, həmçinin onların reyestrinin aparılması işləri ilə yanaşı, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, həmin aparatlara qeydiyyat vəsiqəsinin verilməsi, həmçinin nəzarət-kassa aparatlarının plomblanması və plombunun pozulması işinin təmin edilməsi ilə də məşğul olacaq.
İdarədə müasir standartlara cavab verən iş və xidmət şəraiti yaradılıb. İdarənin uçot şöbəsində vergi ödəyicilərinin elektron qaydada ərizə göndərə bilmələri üçün xüsusi internet köşkü quraşdırılıb. Uçot şöbəsinin gözləmə zalında quraşdırılmış stendlərdə müraciət ərizələrin nümunəvi formaları və onların doldurulma qaydaları, müxtəlif vergi növləri barədə bukletlər yerləşdirilib. Müraciət edənlərin növbəlik sırasını müəyyən edilməsi üçün qeydiyyat zalında xüsusi avadanlıq quraşdırılıb.
Vergi ödəyicilərinin uçotu idarəsinin yaradılması Vergilər Nazirliyinin müasir texnologiyaların tətbiqi ilə vergi ödəyicilərinə daha keyfiyyətli xidmət göstərilməsi sahəsində sahibkarlara daha bir töhfəsidir.

2188