Müəllimlərin işə qəbulu qaydaları dəyişdi
11 avqust 2009 14:00 (UTC +04:00)

Müəllimlərin işə qəbulu qaydaları dəyişdi

Yeni dərs ilindən etibarən Bakıda müəllimlərin işə qəbulu elektron ərizə əsasında aparılacaq

Təhsil Nazirliyində yeni dərs ilinə hazırlıqla bağlı geniş tərkibli müşavirə keçirilib. Müşavirədə yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri müzakirə olunub.

Nazirlikdən Lent.az-a bildiriblər ki, yığıncaqda nazir Misir Mərdanov Azərbaycanda təhsilə göstərilən dövlət dəstəyindən və onun nəticələrindən danışıb. Nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, eləcə də “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə fikrini iştirakçıların diqqətinə çatdırıb.

Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkəmizin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yerlərdə də təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər geniş müzakirə olunacaq.

Nazir onu da qeyd edib ki, yeni tədris ilindən etibarən Bakı şəhərində vakant müəllim yerlərinə işçi qəbulu birbaşa Təhsil Nazirliyi tərəfindən aparılacaq. Bunun üçün nazirliyinin internet saytında elanların verilməsi nəzərdə tutulur. Bakı şəhərindəki orta məktəblərdə işə qəbul olunmaq istəyən müəllimlər nazirliyin saytında elektron ərizə ilə müraciət etməklə bu arzularını reallaşdıra biləcəklər. Misir Mərdanov deyib ki, bu qayda gələn ildən ölkə üzrə bütün orta məktəblərdə tətbiq ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04