Mətbuat Şurası daha 3 qəzeti “reket” elan etdi
“Son olay”, “Pressinq” və “İrəvan press” “reket”lərin siyahısına salındı
İyulun 1-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, MŞ sədrinin müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə düzənlənən həmin tədbirdə 6 məsələ ilə bağlı müraciətlər araşdırılaraq müvafiq rəylər qəbul olunub. Bu məsələlərdən yarısı 3 nəşrin “reket” elan olunması ilə yekunlaşıb. Belə ki, Bakı şəhəri 170 və 234 saylı məktəblərin “Pressinq”, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Azərbaycan Dövlət Pedoqoji Kollecinin “İrəvan press”, Beyləqan Rayon Polis Şöbəsinin “Son olay” qəzetlərinə qarşı şikayətlərinin müzakirələri zamanı əsasən oxşar motivlər təhlil edilib. Bu qəzetlərdə adıçəkilən qurumlar barədə qərəzli, faktlara, dəlil-sübutlara əsaslanmayan, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşılan materiallar dərc olunub. Qarşı tərəfə yönələn təhdid xarakterli hərəkətlərə yol verilib. Komissiya üzvləri bütün bunları əsas götürərək həmin qəzetlərin MŞ-nin “qara siyahı”sına salınmasını məqsədə müvafiq sayıblar.
İclasda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının “Gündəlik Bakı” qəzetində gedən “Telman İbadovla Oqtay Şirəliyevi hansı dostluq telləri birləşdirir?” (23 iyun 2009) sərlövhəli yazı ilə bağlı müraciətinin müzakirəsi ilə bağlı belə rəyə gəlinib ki, yekun rəy çıxarılması üçün əlavə araşdırmaların aparılması və nəşrin son 2 ayda çıxan saylarının monitorinqinin keçirilməsi zəruridir.
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının “Respublika gəncləri” qəzeti ilə bağlı şikayətinin müzakirəsi tərəflər arasında anlaşma əldə olunması ilə başa çatıb. Belə rəyə gəlinib ki, qəzet qarşı tərəfin mövqeyini əks etdirən məktub dərc etməlidir.

1571