Bakının bir hissəsi susuz qalıb
Səbəb Ceyranbatan-Bakı magistral xəttində qəzanın baş verməsidir
Bakı şəhərinin təxminən yarıya qədəri iki gündür, içməli su qıtlığından əziyyət çəkir. Daha doğrusu, paytaxtın yarıya qədərində içməli su təchizatı məhdudlaşdırılıb. Buna səbəb magistral su xəttində baş verən qəzadır.
“Azərsu” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, dünən Ceyranbatan-Bakı magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində boru xətti partlayıb. Hadisədən dərhal sonra qəza xidmətinin əməkdaşları boru xəttində bərpa işlərinə başlasalar da gözlənilən nəticəni əldə etmək mümkün olmayıb.
“Azərsu” da deyirlər ki, qəza böyük olduğundan onun nəticələrini aradan qaldırmaq xeyli çətindir. Belə ki, işçi briqadası diametri 1200 millimetr olan borularda təmir-bərpa işləri aparmaq üçün uzun vaxt və böyük əmək sərf edirlər.
Xatırladaq ki, qəza nəticəsində avqustun 16-dan Bakının Nərimanov, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarının bəzi hissələrinə suyun verilməsi tam dayandırılıb. Paytaxtın bəzi ərazilərdə isə suyun verilişi qismən məhdudlaşdırılıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam edir. “Azərsu”da deyirlər ki, böyük ehtimalla bu gün axşam saatlarında paytaxta suyun verilməsi bərpa olunacaq.
Elxan SALAHOV

464