
Təhsil nazirinin müavini şagird çantalarının ağırlığı məsələsinə toxundu
“Orta məktəblərdə, ibtidai siniflərdə dərsliklərin sayının, şagird çantasının ağırlığının azaldılması üçün elektron tədris vasitələrinə keçid prosesinə başlanıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib: “Bu məsələdə bizim təhsil aldığımız dövrlə indiki dövrü müqayisə etmək düzgün deyil. Çünki bizim dövrümüzdə nə böyüklər, nə də gənclər bu dərəcədə informasiya bolluğu olan cəmiyyətdə yaşamırdılar. Sadəcə, biz uşaqlarımızın daha çox bilik və bacarıq əldə etmələri üçün tədris prosesində dəyişiklik etmək məcburiyyətində qalmışıq. Çətin də, ağır da olsa, buna qatlaşmalıyıq. Çantaların ağırlığı məsələsi isə yəqin ki, yaxın illərdə öz həllini tapacaq. Azərbaycan təhsilində elektron tədrisin tətbiq olunması ilə bu problem həll olunacaq”.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20