Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.
O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.
Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.