“Türkiyədə baş verən yanğınla əlaqədar Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qardaş ölkəyə yola düşüb. Artıq Türkiyə ərazisindəyik və hadisə yerinə yürüş edəcəyik”.
APA xəbər verir ki, bunu Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrupun rəhbəri, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın texnikası şöbəsinin rəisi Nəzər Baxışov hadisə yerində olan əməkdaşımıza deyib.
Şöbə rəisi yanğınların söndürülməsinə əlavə olaraq bir ədəd helikopterin də cəlb edildiyini vurğulayıb: “Türkiyə bizim yanımızda olduğu kimi, biz də həmişə Türkiyə dövlətinin yanındayıq. Biz iki dövlət, bir qardaş olaraq həmişə bir-birimizi dəstəkləmişik. Yanğınların söndürülməsinə 252 şəxsi heyət və 54 texnika cəlb olunub. Əmin edirəm ki, peşəkar yanğınsöndürənlər yanğınların söndürülməsində əsl fədakarlıq göstərəcəklər. Əlavə olaraq, bir ədəd helikopter də yanğınların söndürülməsinə cəlb edilib”.