İranın molla rejiminin güneyli soydaşlarımıza qarşı yürütdüyü qərəzli siyasəti davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Xoyda baş verən dağıdıcı zəlzələdən həftələr keçməsinə baxmayaraq molla rejimi zəlzələdən zərərçəkənlərin qeydinə qalmır. Bunun əvəzində Suriyada zəlzələdən zərərçəkənlərə yardım göndərir.
Belə ki, Əli Xameneinin Astan Qüds Rəzəvi adlı adamı Xoy zəlzələsindən zərərçəkən insanlar hələ də ən pis şəraitdə, qarda, yağışda, soyuqda, küçələrdə və dağılmış evlərdə yaşamağa davam edərkən Suriyada insanlara kabab paylayır.
Astan Qüds Rəzəvinin xidmət personalı Suriyada zəlzələ qurbanları üçün gündə 14 000 şiş kabab bişirdiyini açıqlayıb.