Hikmət Hacıyev  Yusif Qarabağinin məzarından PAYLAŞIM ETDİ
24 avqust 2026 11:47 (UTC +04:00)

Hikmət Hacıyev Yusif Qarabağinin məzarından PAYLAŞIM ETDİ

0

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib.

Lent.az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşıb.

"Qarabağdan Buxaraya uzanan bir elm yolu…

XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.

1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.

Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.

Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - paylaşımda qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar