Zeynəb Xanlarovadan həmkarlarına irad: “Gəlin Qarabağdan danışaq” - VİDEO
29 oktyabr 2013 13:13 (UTC +04:00)

Zeynəb Xanlarovadan həmkarlarına irad: “Gəlin Qarabağdan danışaq” - VİDEO

Azərbaycanın xalq artisti, deputat Zeynəb Xanlarova parlamentin iclaslarında bəzi müzakirə mövzularına öz etirazını bildirib.


 

APA-nın məlumatına görə, Z. Xanlarova gündəliyin müzakirəsi zamanı qəflətən əlini qaldıraraq spikerdən söz istəyib.

 

O dərhal iradına keçib: “Oqtay müəllim, sizin bir sözünüz oldu mənə ləzzət elədi və mən çıxış etmək qərarına gəldim. Siz çox düz dediniz ki, başqa ölkələrin heç kim oxumayan qərarını çox uzadıb müzakirə etməyə dəyməz. Mən də buna əsaslanıb demək istəyirəm ki, - bu söz çoxdan ürəyimdə idi, demək istəyirdim, - başqa ölkələrdə nə olursa, başlayırlar burda müzakirə etməyə. Nə haydı, balam? Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb? Gəlin Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. İstəyirəm ki, həmişə Qarabağdan danışaq. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə Qarabağdan olmayanlardır. İstəyirəm onlar Qarabağdan danışsınlar, onların da bir sürü yetim-yesiri var". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Oxşar yazılar