Bu gün Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib.
Lent.az-ın xəbərinə görə, prezidentin qəbulu Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verdiyi zamana təsadüf edib. İclas keçirildiyi zalda zəlzələ hiss olunur. Kadrlardan göründüyü kimi, prezident İlham Əliyev hadisəni sakit qarşılasa da, qonaqlar arasında zəlzələdən narahatlıq keçirənlər olur.