Müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfər edib. Azərbaycanın NATO-dakı Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z. Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav tərəfindən rəsmi mərasimlə qarşılanıb və daha sonra keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Nazir NATO-nun Müfəssəl Böhranlar və Əməliyyatların İdarə Olunması Mərkəzinə baş çəkib və bu qərargahla tanış olub. Eyni zamanda general-polkovnik Z. Həsənov NATO-nun Xüsusi Əməliyyatlar Qərargahına tanışlıq səfəri edib və ona Qərargahın rəisi vitse-admiral Pybus tərəfindən qısa brifinq verilib.
Azərbaycanlı nazir NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfəri çərçivəsində həmçinin NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinə də baş çəkib.