Prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahı nar meyvəsini özünə simvol seçib.
“Qafqazinfo”ya açıqlama verən Zahid Oruc narı nə səbəbə simvol seçdiklərini açıqlayıb. Zahid Oruc qeyd edib ki, seçki mübarizəsi və siyasətdə simvolların özünəməxsus yeri var:
“Bizim də bu ideyalar mübarizəsində nar simvolunu seçmək təklif edildi. Narın özünəməxsus tarixi, fəlsəfi mənası var. Şərq mentallığında nar həyat, enerji mənasındadır. Nar həmçinin özünə quruluşuna görə içərisində dənəciklərin yerləşimi mənasında məsaməliliyi, sistemi , nizamı tanıyır. Bu da dünyanın özünə bir işarədir. Həmçinin Quranda xüsusi olarqa üç meyvədən biri kimi adı keçir. Biz də düşünürük ki, bütün müsbət keyfiyyətlərinə görə narı simvolumuz kimi qəbul edəcəklər”.