Yepiskop pravoslavları İlham Əliyevə səs verməyə çağırdı
19 sentyabr 2013 11:48 (UTC +04:00)

Yepiskop pravoslavları İlham Əliyevə səs verməyə çağırdı

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr pravoslavları seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırıb.

Lent.az-ın verdiyi məlumata görə, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiyaların təmsilçilərinin toplantısında çıxış edən yepiskop Aleksandr deyib ki, Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib.

O, prezident İlham Əliyevin sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə tolerantlığın hökm sürdüyünü vurğulayıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar