Prezident İlham Əliyevin sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Sənəddə deyilir: «Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin».
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” idarəsinə isə Aydın Bəşirov rəhbərlik edirdi.