Yeni nazir ilk qəbulunu keçirdi
23 aprel 2013 13:30 (UTC +04:00)

Yeni nazir ilk qəbulunu keçirdi

0

Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən M. Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirib. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Təhsil naziri azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında təhsil əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı ilə bağlı müvafiq təkliflər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3923

Oxşar yazılar