Yeganə Hacıyeva: “İsa Qəmbərlə söhbət istefa qərarına təşviq etdi”
22 dekabr 2013 11:35 (UTC +04:00)

Yeganə Hacıyeva: “İsa Qəmbərlə söhbət istefa qərarına təşviq etdi”

“Müsavat Partiyasının 8 il üzvü olmuşam. Siyasətə Müsavatla gəldiyimi inkar etmirəm. Başqanın müşaviri olmuşam. Bu qərarı təsadüfən vermədim. Cəmiyyətin maraqları daha vacibdir. Önəmli olan partiyalar deyil, Azərbaycandır. Bəzi dostlarımız bu istefanı Milli Şurada sədr aparatına təyinatla bağlamağa cəhd etdilər. Belə deyil”.

 

Bunu “Yeni Müsavat”a  Müsavat Partiyasından istefa vermiş Yeganə Hacıyeva deyib.

 

Müsavat başqanının keçmiş müşaviri partiyadan gedəcəyi barədə 3 həftə əvvəl partiya yoldaşlarına söylədiyini də bildirib: “Bəzi üzvlərin arzuladıqlarını reallıq kimi qərara vermək istəyi anlaşılandır. Müsavatın bəzi funksionerlərinin partiyadan gedişimə verdiyi reaksiyalar məyusedici idi. Onlar bilirdilər ki, partiyadan gedəcəm. Buna bir günün içində qərar verməmişdim ki?! Amma çoxluq yazışmalarda qərarıma hörmətlə yanaşdıqlarını bildirdilər. O ki qaldı Müsavatın Milli Şuradan gedişinə, partiyanın bu birlik daxilində fəaliyyəti uğurlu olub. Bu qurumun uğurlarında Müsavatın danılmaz payı var.

 

Dünənə qədər partiya daxilində olan biri kimi deyirəm - sıravi üzvlərin əksəriyyəti Müsavatın Milli Şuradan çıxmasının əleyhinədirlər. Həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqov da Milli Şuradan getməyin əleyhinədirlər. Əgər bu baş verəcəksə partiya daxilində və cəmiyyətdə xəyal qırıqlığı yaşanacaq. Partiyaya qarşı güvən krizi yaşanacaq”.

 

 

Müsavat başqanı ilə istefasından əvvəl söhbət etdiyini deyən Y. Hacıyeva “bu qərarı verməyə təşviq ola biləcək bir söhbətimiz olmuşdu. Mənə fikirlərimi azad bildirmək üçün azad siyasətçi olmağım xatırladılmışdı. Bu barədə fikirləşəcəyimi bildirmişdim. Qərarımı da bu danışıqlardan 4 həftə sonra vermişəm. Yəni, ekspromt qərar deyildi” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531
avatar

Oxşar yazılar