Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri İkramullah Məhsudu qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yavər Camalov İkramullah Məhsuda diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirən Yavər Camalov Azərbaycan və Pakistan hökumətləri arasında Azərbaycan – Pakistan Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri olduğunu xatırladıb və iki ölkə arasında münasibətlərin inkişaf etməsində maraqlı olduğunu söyləyib. Bununla bağlı görülmüş işlərdən danışan Yavər Camalov Azərbaycan - Pakistan Hökumətlərarası Komissiyasının 6-cı iclasının bu il keçiriləcəyini də nəzərə çatdırıb.
Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə də məlumat verib. İkramullah Məhsud səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.