YAP ATƏT-in rəyinə münasibət bildirdi
10 oktyabr 2013 17:36 (UTC +04:00)

YAP ATƏT-in rəyinə münasibət bildirdi

“Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”

 

“Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə edib”. Lent.az-ın hakim partiyanın saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın sədr müavini Əli Əhmədov deyib. Partiya rəsmisi bildirib ki, xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı: “Seçkilər şəffaf və ədalətli keçirilib. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazanıb. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verib”.

 

Ə. Əhmədov ATƏT-in DTİHB-in ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar