Xocalı abidəsi yenidən qurulacaq
14 may 2013 12:28 (UTC +04:00)

Xocalı abidəsi yenidən qurulacaq

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Lent.az-ın məlumatına görə, iclasda millət vəkili Fərəc Quliyev Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyinin qeyd olunmasını təklif edib.  

 

Fərəc Quliyev beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə də toxunub. Spiker Oqtay Əsədov isə qeyd edib ki, beynəlxalq institutların Azərbaycana təzyiqlərini görürük: “Hansı partiya, müxalifət qəzeti beynəlxalq institutlara müraciət edib?” 

 

Millət vəkili Elman Məmmədov Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınmasını təklif edib.

 

Spiker Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək, muzey yaradılacaq: “Gələcəkdə bu abidənin ziyarət edilməsi də protokola salınacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar