XİN rəhbərindən AŞPA üzvlərinə çağırış: “Tez-tez səfər edin”
23 may 2014 11:00 (UTC +04:00)

XİN rəhbərindən AŞPA üzvlərinə çağırış: “Tez-tez səfər edin”

“Bütün dünyada nizam son 20 ildə artıq dəyişib, ancaq prinsiplər qorunub saxlanılmalıdır. İkinci Dünya müharibəsi nəticəsində beynəlxalq hüququn prinsipləri müəyyənləşib. Münaqişələrin həllində bu prinsiplər əsas götürülməlidir”.


 

APA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov deyib.

 

E. Məmmədyarov münaqişələrin həllində insanlar arasında təmasların artmasının da rol oynadığını bildirib: “Digər tərəfdən iqtisadi inkişaf, sosial rifah da zəruridir. Ancaq münaqişələrin həli üçün prinsiplərə sadiq qalmaq lazımdır”. 

 

Sonda E. Məmmədyarov AŞPA sədri Anna Brassör və digər AŞPA üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib: “Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞPA-nın tədbirləri keçirilməyəcək, ancaq AŞPA üzvlərini və sizi Azərbaycana dəvət edirəm”.

 

A. Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: “Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

Oxşar yazılar