XİN: Vətəndaşlarımız hələ də Təbrizdəki Baş Konsulluğa təhvil verilməyib
23 may 2013 11:46 (UTC +04:00)

XİN: Vətəndaşlarımız hələ də Təbrizdəki Baş Konsulluğa təhvil verilməyib

Baş Konsulluq vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir

 

Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. 

 

“Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir”-deyə o, əlavə edib.

 

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini bəyan edib.

 

May;n 22-də İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA TV-yə açıqlamasında hər iki şəxsin artıq azad olunduğunu və Azərbaycan tərəfinə təhvil verildiyini bildirib. Lakin Azərbaycan XİN bu məlumatı təkzib edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar