XİN: “Suriyaya getməyin”
20 may 2013 13:47 (UTC +04:00)

XİN: “Suriyaya getməyin”

Xarici İşlər Nazirliyi Suriyadakı  mövcud siyasi-ictimai vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vacib olmadıqda səfərlərini təxirə salmağı tövsiyə edir. Bu barədə APA-ya Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

 

Onun sözlərinə görə, Suriyada   vəziyyət gərginləşdikdən dərhal sonra Azərbaycan səfirliyi bu ölkədəki vətəndaşlarımızın durumunu daim diqqətdə saxlayıb: “Bütün Azərbaycan vətəndaşları ölkədən çıxarılıb və dəfələrlə vətəndaşlarımıza Suriyaya səfərlərini təxirə salmalarını tövsiyə olunub. Bu barədə Azərbaycan XİN-yi xəbərdarlıq yayıb və xəbərdarlıq bu günə kimi qüvvədədir” – deyə, E. Abdullayev bildirib.

 

Xatırladaq ki, Suriyada mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Suriyadakı səfirliyi müvəqqəti olaraq Beyruta köçürülüb.  Azərbaycan XİN-in xəbərdarlığında xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi köməklik göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

 

Qeyd edək ki, son zamanlar "Youtube" video paylaşım şəbəkəsində azərbaycanlı vəhhabi terrorçunun çağırışı yayılıb. Terrorçu Azərbaycandakı vəhhabiləri Suriyada döyüşlərdə iştiraka çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357
avatar

Oxşar yazılar