XİN 4 nəfərin adını “qara siyahı”dan çıxardı
23 sentyabr 2013 17:16 (UTC +04:00)

XİN 4 nəfərin adını “qara siyahı”dan çıxardı

Azərbaycan Xarici İşlər Nazirliyi dörd nəfərin adını işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş şəxslərin adının daxil edildiyi siyahıdan çıxarıb.


 

APA-nın məlumatına görə, adı siyahıdan çıxarılanlar Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, “Amerikanın Səsi”nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Bondradır.

 

Onlar Azərbaycan hökumətinə müraciət edərək, baş verənlərdən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

 

Bundan sonra onların adı “qara siyahı”dan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Oxşar yazılar