Xəzər dənizinin statusu ilə bağlı növbəti sammit Bakıda keçiriləcək
26 aprel 2013 11:29 (UTC +04:00)

Xəzər dənizinin statusu ilə bağlı növbəti sammit Bakıda keçiriləcək

0

“Xəzər dənizinin statusu ilə bağlı növbəti sammit bu il sentyabrın birinci yarısında Bakıda keçiriləcək”.

 

Lent.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, Xəzər dənizinin statusu ilə bağlı ikitərəfli danışıqlar həm İranla, həm də Türkmənistanla normal müstəvidə davam etdirilir: "Xəzər dənizinin statusu ilə bağlı müəyyən konvensiyalar mövcuddur. Həmin sənədlərə uyğun olaraq, danışıqlar davam etdiriləcək, açıq qalan məsələlər müzakirə olunacaq. Əsas məsələlərdən biri Xəzər dənizində aparılan fəaliyyətlə bağlıdır. Bu fəaliyyətlərə həm hərbi donanma, həm aviasiya, həm də təbii resursların düzgün bölünməsi daxildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar