Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovu qəbul edib. Bu barədə APA XİN mətbuat xidmətinə istinadən məlumat verir.
Nazir müavini Xələf Xələfov qonağı salamlamış və iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edib.
Regionda gedən proseslər haqda danışan nazir müavini Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. Tərəflər münaqişənin hazırkı vəziyyəti və həlli istiqamətində aparılan danışıqlar barədə fikir mübadiləsi aparıblar. Xələf Xələfov bildirib ki, Ermənistan tərəfi status-kvonun saxlanılmasına çalışır və münaqişənin sülh yolu ilə həlli istiqamətində qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Görüşdə, həmçinin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.