Xələf Xələfov: “Baş konsulluğa tapşırılıb ki...”
18 may 2013 10:47 (UTC +04:00)

Xələf Xələfov: “Baş konsulluğa tapşırılıb ki...”

“Hər bir Azərbaycan vətəndaşı hansı ölkədə olmasından asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Xalidə Xalid və Şamxal Hüseynovun İranda həbs olunmaları ilə bağlı məsələ daim nəzarətdədir və bu məsələ araşdırılır”.


 

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov verib.

 

Onun sözlərinə görə, həm Azərbaycanın Təbrizdəki Baş Konsulluğu, həm İrandakı səfirliyimiz bu dövlətin müvafiq orqanları ilə əlaqə saxlayır: “Baş konsulluğun qarşısında saxlanan vətəndaşlarımızla görüşmək tapşırığı qoyulub, bu məsələnin öz həllini tapması üçün İranla əlaqə saxlayırıq”.

 

Şeyxülislam Allahşükür Paşazadənin İrana səfəri zamanı saxlanan vətəndaşlarımızın azadlığa buraxılması ilə xahiş edəcəyi barədə fikirlərə münasibət bildirən Xələf Xələfov deyib ki, Azərbaycan din dövlətdən ayrıdır: “Biz Allahşükür Paşazadənin İrana səfər etməsinə normal hal kimi baxırıq. Səfər də proqram çərçivəsində həyata keçiriləcək. O ki qaldı, hər hansı Azərbaycan vətəndaşının müdafiəsi ilə əlaqədar qurumlar qarşısında məsələnin qaldırılmasına, əlbəttə ki, bu, Şeyx həzrətlərinin öz səyləri, təşəbbüsü ilə ola bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar