Xarici təşkilatların nümayəndəliklərinin fəaliyyəti üçün yeni QAYDA
05 dekabr 2013 14:46 (UTC +04:00)

Xarici təşkilatların nümayəndəliklərinin fəaliyyəti üçün yeni QAYDA

Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərindən qeydiyyatla bağlı xüsusi şərtlər tələb olunacaq.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla əlaqədar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 14-cü maddəsinə əlavələr təklif edilir.

 

Əlavələrə əsasən qeydiyyata alınacaq və qeydiyyatda olan xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəliklərindən onlar haqqında dövlət reyestrinə daxil edilən məlumatlar sırasına digər xüsusi məlumatlar da tələb olunacaq. Bunlar təşkilatın təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin, onun müavininin səlahiyyət müddəti, adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri barədə məlumatlardır. Bundan başqa, onlardan həmin qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlakının müvafiq məqsədlərə yönəldilməsi, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər barədə məlumatlar da tələb olunacaq.

 

Layihə bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar