Xalidə Xalid azadliqda - AÇIQLAMA - YENİLƏNİB-1
19 may 2013 12:55 (UTC +04:00)

Xalidə Xalid azadliqda - AÇIQLAMA - YENİLƏNİB-1

 

Hazırda İranda səfərdə olan Azərbaycan Milli Məclisinin komitə sədri Eldar İbrahimov da APA-ya açıqlamasında Xalidə Xalidin və sürücüsünün azadlığa buraxıldığını təsdiqləyib. O deyib ki, səfər çərçivəsində onlara hər iki Azərbaycan vətəndaşının azadlığa buraxılması barədə məlumat verilib.

 

E. İbrahimov bu şəxslərin Azərbaycana dönəcəkləri vaxtla bağlı dəqiq məlumatı olmadığını da bildirib.

 

***

12.18

 

Azərbaycan Milli Elmlər Akademiyasının Təbrizdə həbs edilən əməkdaşı, Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhiyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

 

 

 

Bu barədə APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

 

 

Səfir hər iki şəxsin mayın 19-da səhər saatlarında azadlığa buraxıldığını deyib.

 

 

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

 

 

***

11.44

İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

 

Bu barədə məlumatı ANS-in İran bürosu verib.

 

Qeyd edək ki, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana səfəri davam edir.

 

Bu gün onun rəhbərlik etdiyi nümayəndə heyətin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar