Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın verdiyi məlumata görə, sərəncama əsasən aşağıdakı şəxslər Müşahidə Şurasının üzvləri təyin ediliblər:
Dövlət orqanlarından
Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Qurbanov Faiq Mirəsədulla oğlu- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Hümbətov İntiqam Rəsul oğlu - Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
kütləvi informasiya vasitələrindən:
Məcidov Rəşad Müseyib oğlu - "525-ci qəzet"in baş redaktoru
Sadıqov Bəxtiyar Yusif oğlu - "Azərbaycan" qəzetinin baş redaktoru
Rəhimzadə Vüqar Gəncəli oğlu - -“İki Sahil” qəzetinin baş redaktoru
jurnalist təşkilatlarından:
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri
Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
****
18.30
Vüqar Səfərli yenidən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilib.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün verdiyi sərəncamda qeyd edilir ki, Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilsin.