Volqoqrad: "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" forumu
06 iyun 2013 03:47 (UTC +04:00)

Volqoqrad: "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" forumu

 Rusiyanın Volqaqrad şəhərində IV Beynəlxalq "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" Forumu keçirilir. APA-nın Rusiya bürosunun məlumatına görə, forumda iki dövlətin prezident administrasiyasının, icraedici və qanunverici orqanlarının, ictimai təşkilatların və biznes sahəsinin nümayəndələri iştirak edirlər.

 

Forumun açılışında çıxış edən Volqoqradın qubernatoru Serqey Bojenov forumun keçirilməsi üçün Volqoqrad şəhərinin seçilməsinin təsadüfi olmadığını söyləyib: “Bu regionun güclü iqtisadi potensialı və biznes sahəsində yaxşı iş birliyi var. Vilayətimizdə bu cür forumun keçirilməsi bir tərəfdən fəxrdir, digər tərəfdən isə böyük məsuliyyətdir. Əminəm ki, forum yeni iş partnyorlarıyla əməkdaşlığa təkan olacaq. Forum Volqoqrad regionuna sərmayələrin yatırımına təkan verəcək”.

 

Forum çərçivəsində iqtisadi innovasiyalar sərgisinin açılışı da keçirilib. Sərgidə Rusiya və Azərbaycanın müxtəlif sənaye məhsulları, yeniliklər və sərmayə layihələri təqdim olunub.

Qeyd edək ki, Forum Rusiya Prezident Administrasiyasının və Azərbaycan prezidentinin dəstəyi ilə keçirilir. Forumda 200-dən artıq iş adamı, qeyri-hökumət təşkilatlarının rəhbərləri, mərkəzi və regional hakimiyyətin nümayəndələri iştirak edir.

 

Forumun əsas plenar iclası iyunun 6-da keçiriləcək. Tədbirdə iqtisadi tərəfdaşlığa, humanitar əlaqələrin inkişafına, Azərbaycan və Rusiyanın Xəzər regionunda stabilliyin bərqərar olmasında roluna dair dəyirmi masalar keçiriləcək.

 

Forumun yekununda Rusiya və Azərbaycan energetika sistemləri arasında paralel işin təmin olunması tədbirləri barədə saziş imzalanacaq.

 

Bundan başqa Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə saziş imzalanacaq.

 

Forumda Rusiyanı “RJD”,”Qazprom”, “Rosneft”, “VTB bankı” “LUKOYL”, və digər nəhəng şirkətlər təmsil edir.

 

Onu da qeyd edək ki, forumda Azərbaycan Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsinin müdiri Əli Həsənov, iqtisadi-inkişaf naziri Şahin Mustafayev, sənaye və energetika naziri Natiq Əliyev və Milli Məclisinin deputatları iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar