Vitse-prezident: “Bəziləri demokratiyanı başqa ölkələrdə görmək istəyirlər”
10 oktyabr 2013 16:05 (UTC +04:00)

Vitse-prezident: “Bəziləri demokratiyanı başqa ölkələrdə görmək istəyirlər”

«Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezidentləri azad şəkildə, heç bir problem olmadan keçirildi».


 

APA-nın məlumatına görə, bu barədə Avropa Parlamenti Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera Azərbaycanda prezident seçkilərində apardığı müşahidələrin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

 

F.Provera 7 nəfərlik nümayəndə heyəti ilə müxtəlif yerlərdə olduqlarını, 18 seçki məntəqəsinə baş çəkdiklərini vurğulayıb: «Keçmiş illərlə müqayisədə əhəmiyyətli irəliləyişlərin olduğun müşahidə etdik. Heç bir problemlə qarşılaşmadıq. Bizə hansısa problem barədə məlumat çatdırılmadı. Bizim missiya seçkiləri müşahidə idi, hansısa prosesə müdaxilə etmək deyil. Seçki prosesi bizdə müsbət təəssürat yaratdı».

 

F.Provera Avropa Parlamentinin üzvlərinin rəyi ilə Avropa Şurası və ATƏT DTİHB üzvlərinin rəyi arasında fərqlərin mövcud olduğunu deyib: «Bəzi ölkələrdə bəzi qruplar, bəzi insanlar öz vətənlərində olmayan demokratiyanı başqa ölkələrdə görmək istəyirlər. Bizim vəzifəmiz ondan ibarətdir ki, Azərbaycana demokratiya yolunda addım-addım irəliləməyə kömək etməkdir. Biz hakimlər kimi deyil, dost kimi bu prosesdə iştirak etməliyik. Mənə bəzi tənqidi fikirlər çatıb. Azərbaycanda 9 jurnalist müxtəlif səbəblərdən həbsxanadadır. Qeyd etməliyəm ki, mənim vətənim İtaliyada 4 jurnalist diffamasiyaya görə həbsdədir. Onlardan birinin yaşı 74-dür. Tənqid olunan başqa bir məqam namizədlərin arasında qadının olmamasıdır. Bunu deyənlərin yadına salmaq istəyirəm ki, ABŞ-da da namizədlərin arasında qadın olmayıb. Heç kim deyə bilməz ki. Birləşmiş Ştatlar demokratik ölkə deyil».

 

F.Proveranın sözlərinə görə, Azərbaycan 22 ildir müstəqildir. İtaliyada isə demokratik institutlar 65 ildir mövcuddur: “Avropada qadınlara seçim hüququ verilməmişdən illər əvvəl, 1918-ci ildə Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Azərbaycan Avropa və İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir. Fikrimcə, beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanın ərazilərinin işğalına, qaçqın və məcburi köçkünlərinə yönəlməlidir. Bu problem həllini tapmayınca digər problemlər də mövcud olacaq».

 

F.Provera Azərbaycanın Avropa Parlamentində lobbiçilik fəaliyyəti həyata keçirməsini müsbət qiymətləndirib: «Bu normal haldır. Digər ölkələr də belə işlər həyata keçirirlər ki, Aİ-nin diqqətini özlərinə çəksinlər. Qeyd etmək istəyirəm ki, erməni lobbiçiliyi onların mili maraqlarının təmin edilməsində mühüm rol oynayır».

 

Sonda Avropa Parlamenti Xarici əlaqələr komitəsinin vitse-prezidenti F.Provera prezident seçkilərində qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar