V.Bostinaru: “Ermənistan işğala son qoymalı”
11 sentyabr 2013 00:15 (UTC +04:00)

V.Bostinaru: “Ermənistan işğala son qoymalı”

Beynəlxalq ictimaiyyətin işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub.

 

«Ermənistan işğala son qoymalı və şübhəsiz, bu addımı qeyd-şərtsiz atmalıdır. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq tam dəstəyə layiqdir».

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin deputatı, regional inkişaf və petisiya komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib.


AAC-dan bildiriblər ki, Viktor Bostinaru bəyanatında deyib: “Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir. Bu əhalinin də bir milyonu məcburi köçkündür. Həmçinin ölkə ərazisinin beşdə biri işğal olunub. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.
 

Azərbaycan Avropa üçün yalnız enerji məsələlərində mühüm tərəfdaş deyil. Biz eləcə də təhlükəsizlik siyasəti, terrorizmlə mübarizə kimi sahələrdə də yaxından əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahələrində də əlaqələrimiz getdikcə möhkəmlənir. Bu baxımdan da Azərbaycanın öz legitim hüquqlarını əldə etmə haqqı tanınmalıdır.
 

Sülh danışıqlarında durğunluq, əslində, böyük problemdir. Dağlıq Qarabağın və başqa ərazilərin işğalı ilə nəticələnmiş münaqişə 20 ildir ki, öz həllini tapmamyıb. Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstan ilə Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərdi. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə başa çatması Avropanın böyük maraq dairəsində olan məsələdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar