Umud Rəhimoğlu Qazaxıstan və Qırğızıstanda olub
03 may 2013 12:19 (UTC +04:00)

Umud Rəhimoğlu Qazaxıstan və Qırğızıstanda olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutu (BMİ) İdarə Heyətinin üzvü və qurumun postsovet respublikaları və Şərqi Avropa ölkələri üzrə mandatını həyata keçirən Bakı Regional Mərkəzinin rəhbəri Umud Rəhimoğlu və BMİ Azərbaycan Milli Komitəsinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Qazaxıstan və Qırğızıstan respublikalarına səfər ediblər. Bu barədə Lent.az-a BMİ Bakı Regional Mərkəzinin informasiya xidmətindən məlumat verilib.

 

Səfərdən əsas məqsəd XI Avrasiya Media Forumunda iştirak etməkdən, hər iki ölkədə BMİ-nin Milli Komitələrini yaratmaqdan və müvafiq qurumlarla BAMF-ın əməkdaşlıq məsələlərini müzakirə etməkdən ibarət idi. Səfərin birinci günü onlar Qazaxıstanın paytaxtı Astana şəhərində XI Avrasiya Media Forumunda iştirak edib.

 

Bundan başqa U. Rəhimoğlunun  Qırğızıstanda da bir neçə faydalı görüşlər baş tutub. U. Rəhimoğlunun Qırğızıstan “Xəbər” Milli İnformasiya Agentliyinin direktoru Kubanıçbəy Taabalgiyevlə, Qırğızıstan Respublikası İctimai Yayım Korporasiyasının baş derektoru Kubat Otorbayevlə və Qırğızıstan KİV  İşçilərinin Həmkarlar Təşkilatının sədri Meri Bekoşovla görüşlərində müstəqil medianın və söz azadlığının inkişafı və bu sahədə BMİ Milli Komitələrinin rolunun artırılması məsələləri, ölkələr arasında davamlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə mövzusuna çevrilib.

 

Səfər çərçivəsində Umud Rəhimoğlu Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla da görüşüb. Görüşdən çox məmnun qalan səfir regiona səfərin məqsədilə maraqlanıb. Görülən bütün işlər, keçirilən görüşlər və tədbirlər barədə səfirə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar