Ümid Partiyası sədrinin müavini Ruslan İzzətli istefa verib.
Lent.az-ın verdiyi məlumata görə, Ruslan İzzətli bunu “Faceboook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ruslan İzzətli Ümid Partiyasının prezident seçkilərinə verdiyi qiymətə görə partiyadan istefa verdiyini bəyan edib: “Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Ümid Partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm”.
Qeyd edək ki, bu gün Ümid Partiyasının sədrinin digər müavini Aynur İmranova da vəzifəsindən istefa verib. O, partiya sədri İqbal Ağazadəyə və digər ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıb.