Əli İnsanovun müdafiəçisi Ümid partiyasında şöbə müdiri oldu
23 oktyabr 2013 16:47 (UTC +04:00)

Əli İnsanovun müdafiəçisi Ümid partiyasında şöbə müdiri oldu

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə partiyadakı təyinatlarla bağlı bir neçə sərəncam imzalayıb.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya sədrinin imzaladığı sərəncamlara əsasən Məmmədli Nəsimi Əhməd oğlu İcra Aparatının rəhbəri, Quliyeva Könül Fərhad qızı Ailə, Qadın və Uşaq problemləri, Əliyev Taleh Məhəmməd oğlu Seçki və Təbliğat məsələləri, Muradov Rüfət Habil oğlu Xaricdə yaşayan həmvətənlər və diaspora üzrə sədr müavinləri, Talıbov Rizvan Rəşid oğlu Yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Ümid Partiyasının avqustun əvvəlində keçirilən növbəti qurultayından sonra Rəyasət Heyəti partiyanın nizamnaməsinə uyğun olaraq buraxılıb. Qurultaydan dərhal sonra seçkilərə start verilməsi, imza toplama və təbliğat-təşviqat kampaniyasının başlanması səbəbindən sədr müavinlərinin və şöbə müdirlərinin təyinatı seçkidən sonraya saxlanılıb.

 

Yaxın günlərdə digər sədr müavinlərinin də təyinatı ilə bağlı partiya sədrinin yeni sərəncamlar verəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar