Ukrayna vilayətinin nümayəndə heyəti Qəbələyə səfər edib
11 sentyabr 2013 01:37 (UTC +04:00)

Ukrayna vilayətinin nümayəndə heyəti Qəbələyə səfər edib

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ukrayna Respublikasının Rovno vilayətinin nümayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər. APA-nın məlumatına görə, Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbəri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi daxildir. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanıblar. Qəbələ konserv və limonad zavodlarında və "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləyən qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

Qəbələ heyvandarlıq-südçülük kompleksinin, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin, Qəbələ Üzüm Emalı Zavodunun fəaliyyəti, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi, yeni istifadəyə verilmiş “Karvansaray” oteli, eləcə də beşulduzlu “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət və əyləncə mərkəzi ilə yaxından tanış olan qonaqlar Qəbələnin güclü turizm potensialının olduğunu vurğulayıblar. Nümayəndə heyəti ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun sürətlə iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndiriblər. Ukraynalı qonaqların Qəbələyə səfəri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar