Üç ölkənin xarici işlər naziri Konyada görüşə bilər
03 dekabr 2013 12:54 (UTC +04:00)

Üç ölkənin xarici işlər naziri Konyada görüşə bilər

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabrın 17-də Konyada keçiriləcək.


 

APA-nın İSNA-ya istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həmkarları Elmar Məmmədyarovu və Məhəmməd Cavad Zərifi Mövlanə Cəlaləddin Ruminin vəfatının ildönümü ilə bağlı Konyada keçiriləcək “Şəb-e Ərus” mərasiminə dəvət edib. Xəbərdə bildirilir ki, həmin mərasim çərçivəsində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin də üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, üç ölkənin xarici işlər nazirlərinin ilk görüşü Urmiyada (İran), ikinci görüşü Naxçıvanda (Azərbaycan) keçirilib. Üçüncü görüş Ərzurumda (Türkiyə) keçirilməli olsa da, təxirə salınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar