TÜRKSOY-un baş katibi Düsen Kaseinov 28 May – Respublika Günü münasibətilə prezidentini təbrik edib. Təbrik məktubunda bildirilir: “Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - 28 May – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilib. TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir. Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
Bu gün Səudiyyə Ərəbistanın müdafiə naziri, vəliəhd, baş nazirin müavini Salman bin Əbdüləziz Al Səud və Avstraliya İttifaqının general-qubernatoru xanım Kventin Brays da 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubları göndəriblər.